"Real"ın hücumçusu Kərim Benzema Çempionlar Liqası 1/8 final mərhələsinin PSJ ilə matçında meydana çıxacaq.
Sportal.az xəbər verir ki, 34 yaşlı forvard zədəsini sağaldıb və oynamağa hazırdı. Baş məşqçi Karlo Ançelottinin şans verəcəyi halda fransalı qolçu matça start heyətdə başlayacaq.
"Real"ın digər zədəli oyunçusu Ferland Mendi də meydana çıxmağa hazırdı.
Qeyd edək ki, PSJ - "Real" görüşü bu gecə Bakı vaxtilə saat 00:00-da baş tutacaq.
saytlarin hazirlanmasi