Messi: "Çempionlar Liqasını qazana bilərik"

20:07 - 17 Fevral 2022

PSJ-nin argentinalı hücumçusu Lionel Messi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu Paris təmsilçisinin Çempionlar Liqasının qalibi ola biləcəyini deyib:

 

"Ən güclü komandalar hədəflərinə çatır. PSJ də bu yoldadır. Çempionlar Liqasını qazana bilərik. Olduğumuzdan daha güclü olmağa çalışırıq".

Xəbər xətti