Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik UEFA Çempionlar Liqasının final matçına təsir edə bilər.
Sportal.az xəbər verir ki, 28 may tarixində Sankt-Peterburq şəhərində oynanılmalı olan qarşılaşmanın yeri dəyişdirilə bilər. Bu iddia ilə İngiltərə mətbuatı çıxış edib.
UEFA-dan edilən açıqlamada vəziyyətin yaxından izlənildiyi və lazım olarsa gecikmədən qərar veriləcəyi qeyd olunub.
İngiltərənin baş naziri Boris Conson parlamentdəki çıxış zamanı "Müstəqil ölkələri işğal edən Rusiyada futbol yarışları keçirilməyəcək" deyib.
Londonun bələdiyyə sədri Sadiq Xan da final görüşünün Sankt-Peterbirqdan alınmalı olduğunu bildirib. O, Londonun matça ev sahibliyi etməyə hazır olduğunu deyib.
Qeyd edək ki, UEFA 2 mart tarixində Kiyevdə keçirilməli olan UEFA Gənclər Liqasının "Dinamo" - "Sportinq" (Lissabon) matçınnı təxirə salıb.
saytlarin hazirlanmasi