Simeone: "Ronaldo bir canavardı"

16:51 - 23 Fevral 2022

"Atletiko" Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində "Mançester Yunayted"lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone matçdan öncə keçirilən mətbuat konfransında açıqlama verib. O, "Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo haqda danışıb:

 

"Kriştiano Ronaldo bir canavardır. Oynadığı hər yerdə matçın taleyini həll edən futbolçudur. Düzü, bizə qarşı hər dəfə oynayanda bizi çox incidib".

 

Qeyd edək ki, "Atletiko" - "Mançester Yunayted" matçı bu gücə Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

Xəbər xətti