Çempionlar Liqası 2021/2022 mövsümünün final oyununun məkanı dəyişdirilib.
Sportal.az xəbər verir ki, turnirin həlledici matçının ev sahibliyi Rusiyanın Sankt-Peterburq şəhərindən alınıb. Məlumatı UEFA-nın rəsmi saytı yayıb. Buna səbəb Rusiyanın Ukraynaya hücumudur.
Final görüşü Fransanın paytaxtı Parisdə keçiriləcək. 28 may tarixində oynanılacaq qarşılaşma Fransa millisinin ev oyunlarını keçirdiyi "Stad de Frans" stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi