Poçettino: "İlk qolda Donnarummaya qarşı qayda pozulmuşdu"

13:40 - 10 Mart 2022

PSJ-nin baş məşqçisi Maurisiyo Peçettino Çempionlar Liqasının 1/8 finalında "Real"a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis "kral klubu"nun vurduğu ilk qoldan öncə qayda pozuntusu olduğunu deyib:

 

"Real"ın ilk qolu oyunu dəyişdi. Nə baş verdiyini bilmirəm. Orda Donnarummaya qarşı qayda pozulmuşdu. VAR sistemi nə üçündür, anlamıram. Bir saat "Real"dan daha yaxşı oynadıq. Qoldan sonra stadionda atmosfer dəyişdi. Daha yaxşı olan tərəf idik, ancaq cütü 10 dəqiqə ərzində uduzduq".

Xəbər xətti