PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Çempionlar Liqasının 1/8 finalının "Real"la cavab oyununda hakim qərarlarından narazı qalıb.
Sportal.az matç başa çatdıqdan sonra klub rəhbəri Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadasına iradını bildirmək üçün tribunanın altına düşüb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Qətərli iş adamı bu zaman qışqıraraq ətrafdakı əşyaları dağıdıb. Ancaq o, hakim otağını tapmayıb və səhvən "Real"ın nümayəndəsi Karlos Davilanın otağa daxil olub. Klub rəsmisi onun qəzəbli vəziyyətini lentə almaq istəyən Davilaya qışqıraraq, “səni öldürəcəm” deyib. PSJ prezidentini öz mühafizəçiləri saxlayıb.
Qeyd edək ki, PSJ "Real"a 1:3 hesabıyla uduzaraq Çempionlar Liqası ilə vidalaşıb.
saytlarin hazirlanmasi