Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarında vurulan ən yaxşı qol məlum olub.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən sorğuda "İnter"in futbolçusu Lautaro Martinesin "Liverpul"a vurduğu qol ən yaxşı seçilib.
Qeyd edək ki, "İnter" həmin oyunda 1:0 hesabı ilə qalib gəlsə də, ilk görüşdə 0:2 hesabı ilə uduzduğu üçün turnirlə vidalaşıb.
saytlarin hazirlanmasi