"Liverpul" "Benfika"ya, "Mançester Siti" "Atletiko"ya qalib gəldi - YENİLƏNİB

00:55 - 6 Aprel 2022

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma baş tutub.

 

Yarımfinala vəsiqə uğrunda "Mançester Siti" doğma meydanda Madrid "Atletiko"sunu qəbul edib və rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Günün digər oyunu isə Portuqaliyada keçirilib.. Burada "Liverpul" "Benfina" səfərindən qələbə ilə ayrılıb.

 

1/4 final mərhələsinin digər oyunları sabah baş tutacaq.

 

Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar

5 aprel

"Mançester Siti" (İngiltərə) - "Atletiko" Madrid (İspaniya) (1:0) 
Qol:
De Brunye, 70
Baş hakim: İştvan Kovaç (Rumıniya)

"Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) (1:3) 
Qollar:
Nunyez 49 - Konate 17, Mane 34, Luis Dias 87
Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Xəbər xətti