Qvardiola: "Çox düşünürəm və həmişə axmaq taktikalar tapıram"

11:52 - 5 Aprel 2022

"Mançester Siti" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Atletiko" ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, "şəhərililər"in baş məşqçisi Pep Qvardiola matçdan əvvəl açıqlama verib. İspaniyalı mütəxəssis yaxşı nəticələr əldə etməyinin səbəbinin çox düşünmək olduğunu deyib:

 

"Çempionlar Liqası oyunlarından öncə həmişə çox düşünürəm. Buna görə də yaxşı nəticələr əldə edirəm. Hər zaman eyni sistemlə oynasaq, sıxıcı olar. İnsanların "Atletiko" və "Liverpul"a qarşı eyni sistemlə oynayacağımızı düşünməsi xoşuma gəlmir. Hər futbolçu eyni deyil, bir-birindən fərqli üslubları var. Çox düşünürəm və həmişə axmaq taktikalar tapıram. Bu gün ilham alacağam və matç üçün inanılmaz taktika tapacağam. 

 

Qeyd edək ki, "Mançester Siti" - "Atletiko" görüşü bu gecə Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti