Qvardiola: "Madridə 1:0 hesabı ilə getmək çox çətin olacaq"

11:15 - 6 Aprel 2022

"Mançester Siti" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Atletiko"nu 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola açıqlama verib. 51 yaşlı mütəxəssis Madriddə baş tutacaq cavab görüşünün çox çətin olacağını deyib:

 

"Atletiko" ilk 25 dəqiqədə 5 müdafiəçi və 5 yarımmüdafiəçi ilə oynadı. Birinci hissədə çox səbrli oynadıq, amma hücumda doğru ritmi qura bilmədik. Başqa qol vəziyyətlərimiz də oldu. Madridə 1:0 hesabı ilə getmək çox çətin olacaq. Hisslərimizi cilovlayıb İspaniyaya gedəcəyik. Orada etməli olduğumuzu edib, mərhələni keçməyə çalışacağıq".

 

Bu komandalar arasında cavab oyunu 13 mart tarixində, Bakı vaxtilə saat 23:00-da "Estadio Vanda Metropolitano"da baş tutacaq.

Xəbər xətti