Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşlərinin ən yaxşı oyunçusu məlum olub.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı "Çelsi" ilə matçda (3:1) het-trik edən "Real"ın hücumçusu Kərim Benzema seçilib. Məlumatı UEFA-nın rəsmi saytı yayıb. 34 yaşlı forvard azarkeşlər arasında keçirilən səsvermədə qalib olub.
Kərim Benzema sorğuda "Liverpul"un vingeri Luis Dias, "Mançester Siti"dən Kevin De Bruyne və "Vilyarreal"dan Covani Lo Çelsonu qabaqlayıb.
saytlarin hazirlanmasi