Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

10:29 - 12 Aprel 2022

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, bu gün baş tutacaq matçlardan sonra yarımfinala vəsiqə qazanacaq iki komanda müəyyənləşəcək.

 

"Bavariya" doğma meydanda ilk görüşdə 0:1 hesabı ilə məğlub olduğu "Vilyarrea"lla qarşılaşacaq. "Real" isə Londonda məğlub etdiyi "Çelsi"ni "Santiaqo Bernabeu"da sınağa çəkəcək.

 

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

 

23:00. "Real" (İspaniya) - "Çelsi" (İngiltərə)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun - 3:1

 

23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun - 0:1

Xəbər xətti