Yurgen Klopp: "Vilyarreal"la oyuna hazırlaşmaq üçün mənə vaxt verin"

16:28 - 14 Aprel 2022

"Liverpul" Çempionlar Liqasının 1/4 final mərhələsində "Benfika"nı mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisi finala yüksəlmək uğrunda "Vilyarreal"la üz-üzə gələcək. "Liverpul"un baş məşqçisi Yurgen Klopp yarımfinaldakı rəqibləri haqda danışıb. O, "Vilyarreal"la oyunların çətin olacağını bildirib:

 

"Yuventus" və "Bavariya" kimi komandaları mübarizədən kənarlaşdırmısınızsa, yarımfinalda olmağa layiqsiniz. "Vilyarreal"la oyuna hazırlaşmaq üçün mənə vaxt verin. Çətin olacaq. Rəqibi təhlil etməmişik, lakin onların real keyfiyyətləri var. "Vilyarreal"da dünya futbolunda ən uğurlu kubok yarışları baş məşqçisi var, o, nə etdiyini bilir".

 

"Liverpul"la "Vilyarreal" arasında ilk görüş aprelin 27-də İngiltərədə, cavab qarşılaşması isə mayın 3-də İspaniyada keçiriləcək.

Xəbər xətti