Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarının ən yaxşı oyunçusu məlum olub.
Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Real"ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç layiq görülüb. "Çelsi" ilə görüşdə (2:3) qol ötürməsi ilə yadda qalan 36 yaşlı futbolçu azarkeşlər arasına keçirilən sorğuda ən yaxşı seçilib.
Luka Modriç səsvermədə Raul Albiol ("Vilyarreal"), Kostas Tsimikas ("Liverpul") və Con Stounzu ("Mançester Siti") qabaqlayıb.
saytlarin hazirlanmasi