Türkiyə klubu 3 futbolçu ilə yollarını ayırdı

22:34 - 30 Aprel 2022

Türkiyənin "Adana Demirspor" klubu 3 futbolçu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Ferhat Kaplan, Kaan Kanak ve Lukas Kastro müqaviləyə ilə qarşılıqlı razılaşma əsasında xitam verib. Bu barədə "mavi şimşəklər"in mətbuat xidməti məlumat yayıb.

 

35 turdan sonra 52 xal toplayan "Adana Demirspor" Türkiyə Super Liqasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti