"Trabzonspor" 38 il sonra Türkiyə çempionu oldu

00:09 - 1 May 2022

Türkiyə Super Liqasında 2021/2022 mövsümün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Trabzonspor" ölkə çempionu adına yiələnib.

 

Qara Dəniz təmsilçisi 35-ci turun oyununda doğma meydanda "Antalyaspor"la 2:2 hesablı heç-heçə edərək, 38 il sonra çempionluq titulunu qazanıb. Abdulla Avcının rəhbərlik etdiyi kollektiv mövsümün bitməsinə 3 tur qalmış xallarını 77-yə yüksəldib və ən yaxın izləyicisi "Fənərbaxça"nı 11 xal qabaqlayır.

 

Bu, "Trabzonspor"un tarixi ərzində qazandığı 7-ci Türkiyə çempionluğu olub.

Xəbər xətti