Namik Ələskərovu istəyən klubu Fatih Terim çalışdıra bilər

17:53 - 6 May 2022

Türkiyənin "Ankaragücü" klubunun "Bursaspor"da çıxış edən azərbaycanlı futbolçu Namik Ələskərovla maraqlandığı barədə xəbəri diqqətinizə çatdırmışdıq.

 

Sportal.az xəbər verir ki, Super Liqaya vəsiqə qazanan Ankara təmsilçisi baş məşqçi postuna tanınmış mütəxəssis gətirmək istəyir.

 

Türkiyə mətbuatının yazdığına görə, "sarı-göylər" "Qalatasaray"ın əfsanəsi "Fatih Terimi bu posta gətirmək barədə düşünür. Klubun azarkeşləri də sosial şəbəkələrdə Fatih Terimin baş məşqçi olması üçün kampaniya başladıb.

 

Qeyd edək ki, Fatih Terimin məşqçi kimi ilk işlədiyi klub "Ankaragücü" olub. 68 yaşlı mütəxəssis 1987-1989-cu illərdə paytaxt təmsilçisini çalışdırıb.

Xəbər xətti