Türkiyə klubunun futbolçusu 32 yaşında karyerasını bitirir

19:50 - 6 May 2022

Türkiyənin "Konyaspor" klubunda çıxış edən Nec Skubiç mövsümün sonunda karyerasını bitirəcək.

 

Sportal.az xəbər verir ki, sloveniyalı sağ cinah müdafiəçisi 32 yaşında peşəkar futbolla vidalaşmaq qərarı verib.

 

Skubiç ailəsinə daha çox vaxt ayrımaq istədiyi üçün karyerasını bitirir. Təcrüəbli futbolçunun oğlunun təhsilini düşünərək bu addımı atdığı bildirilir. "Konyaspor" Sloveniya millisinin üzvü üçün vida tədbiri təçkil edəcək.

 

Skubiç "Konyaspor"a 2016-cı ildə "Domjale"dən transfer olunub. O, cari mövsümdə Super Liqa klubunun heyətində meydana çıxdığı 34 oyunda 1 qol və 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti