Türkiyə Super Liqasını tərk edəcək bütün komandalar məlum oldu

23:05 - 6 May 2022

Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, hesabat turunda "Qaziantep" doğma meydanda "Kayserispor"la 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra xallarını 43-ə yüksəldən meydan sahibləri çempionatda qalmağı təmin edib.

 

Bununla yanaşı Super Liqanı tərk edəcək son iki komanda da müəyyənləşib. "Rizəspor" və "Altay" mövsümün bitməyinə 3 tur qalmış ölkənin əsas liqası ilə vidalaşıb.

 

Qeyd edək ki, daha əvvəl "Yeni Malatyaspor" və "Göztəpə"nin Super Liqanı tərk edəcəyi dəqiqləşmişdi.

Xəbər xətti