"Fənərbaxça"nın gənc ulduzu İstanbul derbisində oynamayacaq

12:35 - 7 May 2022

"Fənərbaxça" Türkiyə Super Liqasının 36-cı turu çərçivəsində "Beşiktaş"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" bu görüşə ciddi itkilərlə çıxacaq.

 

Yarımmüdafiəçi Arda Güler zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı futbolçu qasıq nahiyəsindən zədələnib.

 

Cənubi koreyalı müdafiəçi Kim Min Jenin də İstanbul derbisində oynamayacağı açıqlanıb.

 

Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması 8 may tarixində, Bakı vaxtilə saat 20:00-da baş tutacaq

 

Xəbər xətti