Xorvatiya millisinin üzvü "Beşiktaş"dan gedir

15:19 - 7 May 2022

Domaqoy Vida mövsümün sonunda "Beşiktaş"dan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi xorvatiyalı mərkəz müdafiəçisinin yayda bitən müqaviləsini yeniləməyəcək. "Qara qartallar"ın baş məşqçisi Valerien İsmael 33 yaşlı futbolçunun onun planlarına daxil olmadığını rəhbərliyə bildirib.

 

Domaqoy Vida "Beşiktaş"a 2018-ci ilin yanvarında Kiyev "Dinamo"sundan keçmişdi. Xorvatiya millisinin üzvü cari mövsümdə Super Liqa klubunun heyətində meydana çıxdığı 31 oyunda 1 qol vurub.

Xəbər xətti