Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

21:06 - 11 May 2022

Türkiyənin "Qaziantep" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi baş məşqçi Erol Bulutla sözləşmənin müddətini uzadıb. Məlumatı Qaziantep təmsilçisinin rəsmi saytı yayıb.

 

47 yaşlı mütəxəssis 2022/2023 mövsümünün sonunadək "qırmızı-qaralar"ı çalışdıracaq.

 

Erol Bulut 2021-ci ilin yayından "Qaziantep"in baş məşqçisidir. Komanda 36 turdan sonra 43 xal toplayıb və Super Liqada turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti