"Fənərbaxça" milli üzvü ilə müqavilə imzaladı

21:07 - 20 May 2022

Türkiyənin "Fənərbaxça" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Serdar Azizlə "nikah təzələyib". Türkiyə millisinin üzvü ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

 

Serdar Aziz "Fənərbaxça"ya 2019-cu ilin yanvarında "Qalatasaray"dan keçib. Təcrübəli futbolçu "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 92 matçda 9 qol vurub.

Xəbər xətti