Türkiyəli məşqçi Azərbaycanda işləmək istəmədi: "Bu təkliflərə isti yanaşmadım"

18:04 - 31 May 2022

Türkiyəli məşqçi Ömər Ərdoğan Azərbaycandan təklif alıb.


Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis bu barədə qatıldığı televiziya proqramında məlumat verib. O, Azərbaycan və Qətərdən təkliflər aldığını deyib:

 

"Menecerlər vasitəsilə Azərbaycan və Qətərdən təkliflər aldım. Ancaq bu təkliflərə isti yanaşmadım. Bundesliqada işləmək istəyirəm. "Hatayspor"da çalışarkən Almaniyadan təklif almışdım".


Ömər Ərdoğan 2020-ci ilin yayından 2022-ci ilin may ayınadək "Hatayspor"u calışdırıb. Komanda onun rəhbərliyi altında son mövsümdə Türkiyə Super Liqasını 53 xalla 12-ci pillədə başa vurub.

Xəbər xətti