Türkiyə klubu baş məşqçi ilə yollarını ayırdı

14:40 - 1 İyun 2022

Türkiyənin "Kayserispor" klubu baş məşqçi Hikmət Karamanla yollarını ayırıb.


Sportal az xəbər verir ki, bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb. 62 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.


Hikmət Karaman 2021-ci ilin yayıdan "Kayserispor"u çalışdırırdı. Komanda onun rəhbərliyi altında Türkiyə Super Liqasında 2021/2022 mövsümünü 47 xalla 14-cü pillədə tamamlayıb, ölkə kubokunda isə finala kimi irəliləyib.

Xəbər xətti