"Qalatasaray"dan ayrılan futbolçu digər İstanbul klubuna keçdi

11:10 - 2 İyun 2022

"Qalatasaray"la müqaviləsi başa çatan Semih Kayanın yeni klubu məlum olub.


Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi İstanbulda qalacaq. Türkiyə millisinin keçmiş üzvü şəhərin digər klubu "Fatih Karagümrük" ilə anlaşıb.


Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacaq.


Semih Kaya son mövsümün ikinci yarısını "Qalatasaray"da keçirib. Təcrübəli mərkəz müdafiəçisi "cim bom"un heyətində 2 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti