"Fənərbaxça" yeni baş məşqçisini rəsmən açıqladı

15:04 - 2 İyun 2022

Türkiyənin "Fənərbaxça" klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib.


Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Jorje Jesus çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 


Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalayıb. 67 yaşlı çalışdırıcı "sarı-lacivərtlilər"də illik 3 milyon avro maaş alacaq.


Jorje Jesus "Fənərbaxça"nın baş məşqçisi postunda İsmail Kartalı əvəz edib. Onun son iş yeri "Benfika" olub.

Xəbər xətti