"Qalatasaray" baş məşqçisini istefaya göndərdi

20:50 - 21 İyun 2022

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Domenek Torrenlə yollarını ayırıb.


Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


İspaniyalı mütəxəssislə yanaşı onun köməkçiləri Jordi Qris Vila, Jordi Qerrero Kosta, Julian Ximenes Serrano və Riçard Seqarra Araqayın da müqaviləsi ləğv edilib.

 

Qeyd edək ki, Domenek Torren 14 yanvar tarixində "Qalatasaray"ın baş məşqçisi təyin olunmuşdu.

Xəbər xətti