"Fənərbaxça" braziliyalı yarımmüdafiəçini göndərəcək

Türkiyənin "Fənərbaxça" klubu Luis Qustavo ilə yollarını ayırmaq istəyir. 

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu baş məşqçi Jorje Jesusun planlarında yer almır. Təcrübəli mütəxəssis 35 yaşlı yarımmüdafiəçinin komandada qalmasında maraqlı deyil.

 

İstanbul təmsilçisi təklif gələcəyi halda onunla yolları ayıracaq.

 

Luis Qustavo "Fənərbaxça"ya 2019-cu ilin yayında "Marsel"dən transfer olunub. Braziliya millisinin keçmiş üzvü son mövsümdə "sarı-lacivərlilər"in heyətində meydana çıxdığı 28 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 28 İyun [21:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2022
15  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio