Konqolu müdafiəçi "Qalatasaray"a qayıtdı

16:23 - 1 İyul 2022

"Əl Tauvoun"da icarədə olan Kristian Luyindama "Qalatasaray"a geri dönüb.

 

Sportal.az xəbər verir ki, konqolu mərkəz müdafiəçisinin icarə müddəti bitib. Səudiyyə Ərəbistanı təmsilçisi 28 yaşlı futbolçunun müqaviləsində yer alan satınalma maddəsindən istifadə etməyib.

 

Qeyd edək ki, Kristian Luyindama yanvar ayında "Əl Tauvoun"a icarəyə verilmişdi. Təcrübəli oyunçunun "Qalatasaray"la müqaviləsi 2024-cü ilin yayına kimidir.

 

 

Xəbər xətti