"Qalatasaray" rumıniyalını icarəyə verəcək

15:53 - 2 İyul 2022

"Qalatasaray" ümidləri doğrultmayan Olimpiu Morutanı komandadan göndərəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi rumıniyalı vingeri daha çox forma şansı qazanması üçün icarəyə verməyi planlaşdırır.

 

23 yaşlı futbolçu üçün Türkiyə Super Liqasından bir neçə klub icarəyə götürmək təklifi göndərib. Təklifləri götür-qoy edən "cim bom" rəhbərliyi Morutanı "Ankaragücü"nə göndərməyi düşünür.

 

"Sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk növbəti həftə qərarını verdikdən sonra Rumıniya millisinin üzvünün yeni mövsümə harada başlayacağı dəqiqləşəcək.

 

Olimpiu Morutan "Qalatasaray"a 2021-ci ilin yayında FCSB-dan 3,5 milyon avroya transfer olunub. O, "aslanlar"ın heyətində meydana çıxdığı 26 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti