Braziliyalı futbolçu "Beşiktaş"dan getdi

16:55 - 2 İyul 2022

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Aleks Teyşeyra ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Alkes Teyşeyra "Beşiktaş"a 2021-ci ilin yayında transfer olunmuşdu. 32 yaşlı futbolçu "qara qartallar"ın heyətində meydana çıxdığı 31 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti