Türkiyə Super Liqasında mövsümün püşkü atıldı

22:20 - 4 İyul 2022

Türkiyə Super Liqasında 2021/2022 mövsümünün püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, 19 klubun iştirak edəcəyi mövsümə 5,6, 7 və 8 avqust tarixlərində keçiriləcək matçlarla start veriləcək. Çempionata 2023-cü ilin 28 may tarixində yekun vurulacaq.

 

İlk turun oyun cədvəlini diqqətinizə çatdırırıq:

 

"Antalyaspor" - "Qalatasaray"

"Karagümrük" - "Alanyaspor"

"Beşiktaş" - "Kayserispor"

"Sivasspor"- "Gaziantep"

"Ankaragücü" - "Konyaspor"

"Başakşehir" - "Kasımpaşa"

"İstanbulspor" - "Trabzonspor"

"Fənərbaxça"- "Ümraniyespor"

"Giresunspor" - "Adana Demirspor"

 

Qeyd edək ki, ilk turda "Hatayspor" oynamayacaq.

Xəbər xətti