"Fənərbaxça"dan "Qəbələ"nin rəqibinə 3 cavabsız qol - VİDEO

16:15 - 6 İyul 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" hazırlıq matçında qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Macarıstan təmsilçisi Sloveniya toplanışı çərçivəsində "Fənərbaxça" ilə üz-üzə gəlib. Qarşılaşma "sarı lacivərtlilər"in 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

"Fənərbaxça" - "Fehervar" 3:0

Qollar: Serdar Dursun, 37, Rossi, 43, Enner Valensiya, 61

 

Xəbər xətti