Karyerasını bitirdiyini açıqlayan vinger futbola qayıtdı

13:55 - 8 İyul 2022

Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan Olcay Şahan yenidən futbola qayıdıb.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı vinger Türkiyə II Liqasında mübarizə aparan "Afjet Ajyonspor"a transfer olunub. Təcrübəli futbolçu klubla 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Düsseldorf"un yetirməsi olan Olcay Şahan Türkiyədə "Beşiktaş", "Trabzonspor", "Denizlispor" kimi klublarda oynayıb. 29 dəfə Türkiyə millisinin formasını geyinən futbolçunun son klubu "Yeni Malatyaspor" olub.

Xəbər xətti