"Beşiktaş" braziliyalını itirdi

20:53 - 18 İyul 2022

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Jezef De Souza zədələnib. Braziliyalı futbolçu əməliyyat olunacaq və iki ay yarım yaşıl meydanlardan uzaq qalacaq.

 

Jozef De Souza 2020-ci ilin yayından "Beşiktaş"da çıxış edir. 33 yaşlı dayaq yarımmüdafiəçisi son mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 40 matçda 5 qol vurub.

Xəbər xətti