"Fənərbaxça"da ciddi itki: "Dinamo"ya qarşı oynamayacaq

16:13 - 22 İyul 2022

"Fənərbaxça" Çempionlar Liqası II təsnifat mərhələsinin "Dinamo" ilə cavab oyununa ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Serdar Aziz zədə səbibindən vacib matçı buraxmalı olacaq. Kiyev təmsilçisini ilə ilk görüşdə qasıq nahiyəsindən zədə alan futbolçunun durumu ciddidir. 

 

Qeyd edək ki, "Dinamo" - "Fənərbaxça" qarşılaşıması 0:0 hesablı bərabərliklə başa çatıb. Bu komandalar arasında cavab oyunu 27 iyul tarixində İstanbulda baş tutacaq.

Xəbər xətti