Türkiyə millisinin İslam Həmrəylik Oyunları üçün heyəti açıqlandı

15:51 - 28 İyul 2022

Türkiyənin 23 yaşadək futbolçulardan ibarət milli komandasının V İslam Həmrəylik Oyunları üçün ilkin heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, heyətə "Fənərbağça", "Beşiktaş" və "Qalatasaray"dan da futbolçular daxil edilib.

Qapıçılar: Utku Yuvakuran (Beşiktaş), Mehmet Ataberk Dadakdeniz (Antalyaspor), Batuhan Ahmet Şen (Qalatasaray), İrfan Can Eğribayat (Göztəpə)

Müdafiəçilər: Tayyip Talha Sanuç (Adana Dəmirspor), İsmail Çokçalış (Adana Dəmirspor), Ahmet Gülay (Alanyaspor), Fatih Kurucuk (Bandırmaspor), Kazımcan Karataş (Qalatasaray), Arda Kızıldağ (Qaziantep), Yalçın Kılınç (Kocaelispor), Muhammet Taha Şahin (Manisa)

Yarımmüdafiəçilər: Kartal Kayra Yılmaz (Beşiktaş), Mehmet Özcan (Bandırmaspor), Tuğbey Akgün, Burak Kapacak (Fənərbağça), Barış Alper Yılmaz (Qalatasaray), Adem Eren Kabak (Konyaspor), Ali Kaan Güneren (Ankaragücü), Celil Yüksel (Samsunspor), Polat Yaldır (Samsunspor)

Hücumçular: Muhammed Gümüşkaya (Fənərbağça), Mehmet Umut Nayir (Giresunspor), Metehan Altunbaş (Lask, Avstriya)

Baş məşqçi: Mehmet Yıldırım.

Qeyd edək ki, V İslam Həmrəylik Oyunları avuqstun 5-18-də Konya şəhərində keçiriləcək. Türkiyənin U-23 millisi A qrupunda Seneqal, Kamerun və Əlcəzairlə mübarizə aparacaq.

Xəbər xətti