"Qalatasaray" yarımmüdafiəçi ilə yollarını ayırdı

16:37 - 2 Avqust 2022

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Aytaç kara ilə yollarını ayırıb. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

 

29 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, "Qalatasaray" Aytaç Karanı 2021-ci ilin yayında transfer etmişdi. Təcrübəli futbolçu son mövsümün ikinci yarısını icarə əsasında "Göztepe"də keçirib.

Xəbər xətti