"Fənərbaxça"nın yeni transferi zədəsini sağaltdı

13:37 - 13 Avqust 2022

"Fənərbaxça"nın yay transfer pəncərəsi zamanı heyətinə qatdığı Joao Pedro komandaya kömək edə bilər.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu zədəsini sağaldıb. Təcrübəli forvard artıq komanda ilə birlikdə məşq edir.

 

Baş məşqçi Jorje Jesus sans versə, Joao Pedro Super Liqanın ikinci turunun "Kasımpaşa" ilə matçında oynayacaq.

 

Qeyd edək ki, "Kasımpaşa" - "Fənərbaxça" matçı 15 avqust tarixində, Bakı vaxtilə saat 22:45-də baş tutacaq.

Xəbər xətti