Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı

17:59 - 29 Avqust 2022

Türkiyənin "Ankaragücü" klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Ömər Ərdoğan çalışdıracaq. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

 

Son iş yeri "Hatayspor" olan 45 yaşlı mütəxəssislə 1+1 illk müqavilə imzalanıb.

 

Qeyd edək ki, Ömər Ərdoğan "Ankaragücü"nün baş məşqçisi postunda dünən istefa verən Mustafa Dalcını əvəz edib.

Xəbər xətti