"Fənərbaxça" "Konyaspor"a uduzdu - VİDEO

23:20 - 29 Avqust 2022

Türkiyə Super Liqasında IV turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub. Qarşılaşma Konya təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

4 turdan sonra 8 xal toplayan "Konyaspor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Fənərbaxça" isə 7 xalla 5-ci yerdədir.

 

"Konyaspor" - "Fənərbaxça" 1:0

Qol: Muhammet Demir, 66

Qırmızı vərəqə: Adil Demirbağ, 54 - Enner Valensiya, 22

 

 

 

Xəbər xətti