İstanbul klubu Emre Belözoğlunun müqaviləsini uzatdı

19:34 - 2 Sentyabr 2022

Türkiyənin "Başakşehir" klubu baş məşqçi Emre Belözoğlu ilə yola davam etmək qərar verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 41 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, Emre Belözoğlu 2021-ci ilin oktyabr ayından "Başakşehir"i çalışdırır. O, daha əvvəl "Fənərbaxça"nın baş məşqçisi olub.

Xəbər xətti