"Trabzonspor"da şok itki: 4 ay oynamayacaq

14:29 - 3 Sentyabr 2022

Türkiyənin "Trabzonspor" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisinin yarımmüdafiəçisi Dorukhan Toköz sıradan çıxıb.

 

26 yaşlı oyunçu Super Liqanın V turunun "Ümraniyespor"la matçında (1:0) dizindən xəsarət alıb. Diz bağları zədələnən futbolçu əməliyyat olunub. Türkiyə millisinin üzvü 4 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Dorukhan Toköz "Trabzonspor"a 2021-ci ilin yayında azad agent statusu ilə keçib. O, Super Liqa klubunun heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Resim

Xəbər xətti