Meydana girən azarkeş "Beşiktaş"ın futbolçularını təpiklə vurdu - FOTO

11:34 - 5 Sentyabr 2022

Türkiyə Super Liqasının 5-ci turunun "Ankaragücü" - "Beşiktaş" matçının (2:3) final fitindən sonra insident baş verib.

 

Sportal.az xəbər verir ki, oyun başa çatdıqdan sonra Ankara təmsilçisinin bir azarkeşi meydana daxil olub. O, qonaqların futbolçuları Salih Uçan və Cenk Tosunu təpiklə vurub.

 

Hadisəyə dərhal reaksiya verən "Beşiktaş"ın futbolçusu Jozef De Souza həmin azarkeşi şillə zərbəsi ilə yerə yıxıb. Daha sonra təhlükəsizlik xidmətinin əməkdaşları fanatı meydandan çıxarıb.

 

Resim

Xəbər xətti