"Beşiktaş"da ciddi itki: Hücumçu zədələndi

17:29 - 9 Sentyabr 2022

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Vaut Veqorst sıradan çıxıb. Niderlandlı forvard komandanın məşqində ayağından zədələnib.

 

30 yaşlı qolçu bu gün baş tutan məşqdə iştirak etməyib. Onun Super Liqanın 6-cı turunun "Başakşehir"lə oyununda meydana çıxa bilməyəcəyi gölənilir.

 

Qeyd edək ki, "Beşiktaş" - "Başakşehir" qarşılaşması 12 sentyabr tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Xəbər xətti