"Fənərbaxça" yeni transferini çempionatda oynatmayacaq

14:20 - 11 Sentyabr 2022

"Fənərbaxça" Türkiyə Super Liqasının 2022/2023 mövsümü üçün iştirak ərizəsini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi üç futbolçusunun xidmətindən mövsümün ilk yarısında istifadə etməyəcək. Bunlar müdafiəçilər Filip Novak, Mauritsio Lemos və hücumçu Armindo Brumodur.

 

Qeyd edək ki, "Fənərbaxça" Brumanı yay fasiləsində PSV-dən 1,5 milyon avroya icarəyə götürüb. "Sarı-lacivərtlilər" 2023-cü ilin yayında 4 milyon avro ödəməklə portuqaliyalı futbolçunu birdəfəlik transfer etməlidir.

Xəbər xətti