Arda Turan karyerasını bitirdiyini açıqladı - VİDEO

17:28 - 12 Sentyabr 2022

Türkiyə milli komandasının və "Qalatasaray"ın keçmiş futbolçusu Arda Turan karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi qərarını paylaşdığı vida videosu ilə açıqlayıb.

 

Arda Turan "Qalatasaray"ın yetirməsidir. Təcrübəli futbolçu daha sonra "Atletiko", "Barselona" və "Başakşehir"də çıxış edib. O, son olaraq "Qalatasaray"da oynayıb. Arda Türkiyə millisinin heyətində meydana çıxdığı 100 rəsmi matçda 16 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xəbər xətti