Arda Turan "Qalatasaray"da çalışacaq

21:36 - 12 Sentyabr 2022

Bu gün karyerasını bitirdiyini açıqlayan Arda Turan futboldan uzaqlaşmayacaq.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı oyunçu "Qalatasaray"da çalışacaq. Bu barədə məşhur AS nəşri məlumat yayıb. O, İstanbul təmsilçisinin idman direktoru təyin olunacaq.

 

Qeyd edək ki, Arda Turan "Qalatasaray"ın yetirməsidir. Təcrübəli yarımmüdafiəçi 2006-2011 və 2020-2022-ci illərdə "sarı-qırmızılar"ın əsas komandasında çıxış edib.

Xəbər xətti